Bulqakovun əsərləri “Açıq kitab” da
12 Aprel 2022

XX əsr rus ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, rejissor Mixail Afanasyeviç Bulqakovun “Master və Marqarita” romanı, “İt ürəyi”, povesti və “Qaçış. Səkkiz yuxu”, “Kabbala mömini (Molyer)” pyesləri “Açıq kitab” ödənişsiz elektron portalına yüklənildi.

Kitabxana izləyiciləri portalın “Dünya ədəbiyyatı” bölümünün “Avropa ədəbiyyatı” rəfinə daxil ola və əsərlərdən ödənişsiz yararlana bilərlər.

P.S.

“Açıq kitab” portala yüklənilən əsərlərin redaktə və korrektə qüsurlarına məsuliyyət daşımır.