Aleksandr Ostrovskinin əsərləri “Açıq kitab”da
13 Yanvar 2022

XIX əsr rus ədəbiyyatının görkəmli nümayəndəsi, dramaturq Aleksandr Nikolayeviç Ostrovskinin “Öz adamımızdır – düzəlişərik”, “Tufan”, “Günahsız müqəssirlər”, “Cehizsiz qız” pyesləri “Açıq kitab” onlayn kitabxanasına yüklənildi.

Kitabxana izləyiciləri saytın “Dünya ədəbiyyatı” bölümünün “Avropa ədəbiyyatı” rəfinə daxil ola və əsərlərdən ödənişsiz yararlana bilərlər.

Diqqət:

“Açıq kitab” kitabxanaya yüklənilən əsərlərin redaktə və korrektə qüsurlarına görə məsuliyyət daşımır.