Səməd Vurğunun şeirləri Qazaxıstan ədəbiyyat portalında
07 Yanvar 2022

Qazaxıstanın populyar “adebiportal.kz” ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” (ADTM) layihəsi çərçivəsində Xalq şairi  Səməd Vurğunun rus  dilinə tərcümə olunmuş “Mənim ilham pərim”, “Dağlar”, “Dünya” şeirlərinin yayınına başlayıb.

    Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin rus dilinə tərcümə müəllifləri – tanınmış tərcüməçilər V.Qafarov və E.Aleksandrovadır.

   Qeyd edək ki, portal səhifələrində mütəmadi olaraq Аleksandr Puşkin, Anton Çexov, Anna Axmatova, Abay Kunanbəyov, Kobo Abe, Aleksandr Blok, Aleksandr Düma, Аleksandr Soljenitsın kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

https://adebiportal.kz/ru/blogs/view/5559