Abdulla Şaiqin şeirləri Almaniya ədəbiyyat portalında
05 Yanvar 2022

 Almaniyanın populyar “LiteratPro ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” (ADTM) layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi  Abdulla Şaiqin alman dilinə tərcümə olunmuş “Əsrimizə xitab”, “Hamımız bir günəşin zərrəsiyik”  “İrəli” şeirlərinin yayınına başlayıb.

   Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “LiteratPro” ədəbiyyat portalı mütəmadi olaraq səhifələrində Yohann Volfqanq Höte, Rayner Maria Rilke, Oskar Uayld, Çarlz Dikkens,  Peter Altenberq kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

 

https://www.literatpro.de/abdulla-shaig