Nizami Gəncəvi yaradıcılığı Rumıniya portalında
30 Dekabr 2021

 Rumıniyanın populyar “news24hours.ro” portalı Azərbaycanda elan olunmuş “Nizami Gəncəvi İli” ilə əlaqədar dahi şairin rumın dilinə tərcümə edilmiş hikmətli kəlamlarının, həyat və yaradıcılığı haqqında məlumatın yayınına başlayıb.

       Kəlamların rumın dilinə tərcümə müəllifi – Rumın Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri, tanınmış rumın tərcüməçisi İosefina Blazsani-Battodur.

    Qeyd edək ki, geniş oxucu auditoriyası olan “news24hours.ro” portalı mütəmadi olaraq səhifələrində aparıcı dünya ədəbiyyatı nümunələrini işıqlandırır.  

https://news24hours.ro/article/18454