Leyla Əliyevanın şeirləri Bolqarıstan ədəbiyyat portalında
28 Dekabr 2021

 Bolqarıstanın populyar “meridian27.com” ədəbiyyat portalı və Dünya Bolqar Yazıçıları Liqasının rəsmi “feysbuk” səhifəsi “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” (ADTM) layihəsi çərçivəsində gənc, istedadlı Azərbaycan şairi Leyla Əliyevanın  bolqar dilinə tərcümə olunmuş “Nədən qəfil pis oldum?”, “Sən sönməyən alovsan” şeirlərinin yayınına başlayıb.

   Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin bolqar dilinə tərcümə müəllifi – tanınmış bolqar şairi Dmitr Xristovdur.

    Qeyd edək ki, 2002-ci ildən “Libra Skorp” kitab nəşriyyatının elektron jurnalı kimi fəaliyyət göstərən “meridian27.com” portalı və Dünya Bolqar Yazıçıları Liqasının “feysbuk” səhifəsi mütəmadi olaraq dünya ədəbiyyatının aparıcı nümunələrini işıqlandırır.

https://www.meridian27.com/author/leyla-alieva

https://www.meridian27.com/article/v-teb-se-vlyubih
https://www.facebook.com/groups/2692562064138962/