Qövsi Təbrizinin əsərləri “Açıq kitab” da
23 Dekabr 2021

XVII əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair  Qövsi Təbrizinin qəzəlləri, tərkibbəndləri, tərcibəndləri, müsəbbəs-tərcibəndi, müxəmməsləri, mürəbbe və rübaisi “Açıq kitab” onlayn kitabxanasına yüklənildi.

Kitabxana izləyiciləri saytın “Azərbaycan ədəbiyyatı” bölümünün “Klassik ədəbiyyat” rəfinə daxil ola və əsərlərdən ödənişsiz yararlana bilərlər.

Diqqət:

“Açıq kitab” kitabxanaya yüklənilən əsərlərin redaktə və korrektə qüsurlarına görə məsuliyyət daşımır.