Nizami Gəncəvi yaradıcılığı xarici KİV-də
19 Noyabr 2021

 Belarusun populyar “stihi.by”, İraqın “ashurnews.com” və “afkarhura.com” portalları, Çilinin Vicente Uidobro Mədəniyyət Fondunun “Altazor” elektron ədəbiyyat jurnalı Azərbaycanda elan olunmuş “Nizami Gəncəvi İli” ilə əlaqədar dahi Azərbaycan şairinin həyat və yaradıcılığı haqqında məlumatla təqdim olunan poema, qəsidə və hikmətli kəlamlarının yayınına başlayıb.

   Nizami yaradıcılığının şah əsərlərindən sayılan “Yeddi gözəl” poemasından hissələrin ispan dilinə tərcümə müəllifi – tanınmış İspaniya tərcüməçisi Karmen Linares, qəsidələrin rus dilinə tərcümə müəllifi – tanınmış Rusiya tərcüməçisi Mayya Borisova, hikmətli kəlamların ərəb dilinə tərcümə müəllifi – Mərkəzin ərəb dili üzrə mütəxəssisi Fərid Camalovdur.

http://ashurnews.com/شاعر-الفضيلة-نظامي-كنجو

http://afkarhura.com/?p=26002  
https://stihi.by/filosofskie-stihi/nizami-gya 

https://www.revistaaltazor.cl/nizami-ganjavi-2/