Haynrix Böllün ikicildlik “Seçilmiş əsərləri” nəşr olundu
10 Noyabr 2021

 150 cildlik “Dünya ədəbiyyatı inciləri” (ADTM) seriyasından növbəti ikicildlik – dünya şöhrətli alman yazıçısı, Nobel mükafatı laureatı Haynrix Böllün “Seçilmiş əsərləri” işıq üzü görüb.

   Kitabın I cildinə yazıçının “Ağır günün sevgisi”, “Etiraf”, “Təzə körpü”, “Çörəyin dadı”, “Oxucu sorağında”, “Axşam”, “Kişisiz ev” kimi məşhur roman və hekayələri, müasirlərinin Haynrix Böll haqqında fikir və mülahizələri toplanıb.

    İkinci cild sənətkarın “…Və bircə kəlmə də demədi”, “Bir təlxəyin düşüncələri”  “O illərin çörəyi” romanlarını, tanınmış filoloq-alim, professor Rüstəm Kamalın “Haynrix Böllün insana həmdərd olan sənəti” adlı Son sözü ilə təqdim edir.

    Əsərlərin böyük əksəriyyəti tanınmış tərcüməçilər Vilayət Hacıyev  Çərkəz Qurbanlı tərəfindən orijinaldan tərcümə edilib.

    Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.

 

Kitabı yaxın günlərdə aşağıdakı mağazalardan əldə etmək olar:

 

“Libraf”

“Kitabevim.az”

 “Akademkitab”

“Akademiya” kitab evi

“Azərkitab”

Prezident Aparatının Kitab Evi

Azərbaycan Dillər Universitetinin satış köşkü

“Pero” kitab mağazası

“Oxumalı” kitab evi

“Lider” kitab evi