“Leyli və Məcnun” Frankfurt Beynəlxalq Kitab Sərgisində
25 Oktyabr 2021

 Yaxın günlərdə Almaniyanın “Hans-Jürgen Maurer” nəşriyyatında işıq üzü görmüş “Leyli və Məcnun” kitabı dünyanın ən böyük kitab sərgilərindən olan Frankfurt Beynəlxalq Kitab Sərgi-Yarmarkasında – Dövlət Tərcümə Mərkəzinin təşəbbüsü ilə sərgi çərçivəsində açılmış “Azərbaycan  ədəbiyyatı” bölümündə sərgilənir.

    Kitabın alman dilinə tərcümə müəllifi – tanınmış alman mütərcimi Rudolf QelpkeÖn sözünün müəllifi – görkəmli nizamişünas-alim Rüstəm Əliyev, redaktoru – Hans-Jürgen Maurerdir.

      Kitabın yaxın günlərdə AlmaniyaAvstriyaİsveçrəLixtenşteyn və Lüksem­bur­­qun mərkəzi kitabxana və kitab evlərinə yerləşdiriləcəyi, ölkələrin ədəbi ictimaiyyətinə təqdim ediləcəyi nəzərdə tutulur.