Azərbaycan poeziyası məşhur Rusiya ədəbiyyat portalında
18 Oktyabr 2021

Rusiyanın populyar “45parallel.net” elektron ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” (ADTM) layihəsi çərçivəsində Azərbaycanın tanınmış şairləri – Xalq şairi Məmməd Arazın rus dilinə tərcümə olunmuş “İlhamım”, “Od kimi, su kimi” və Əliağa Kürçaylının rus dilinə tərcümədə “Etiraf”, “Elə bil dəniz də insandır”, “Yoluma işıq çıxdı” şeirlərinin və şairlərin yaradıcılığı haqqında məlumatın yayınına başlayıb.

    Portal həmçinin səhifədə gənc, istedadlı Azərbaycan şairi Leyla Əliyevanın “Unuda bilmirəm gözlərini mən...”, “Bədənə hopmuş arzu”, “Gecə, Günəş səni tərk edəndə...” şeirlərinə və şairin yaradıcılığı  haqqında məlumata geniş yer ayırıb.

  Qeyd edək ki, daim yenilənən portal, mütəmadi olaraq səhifələrində İohann Höte, Vladimir Nabokov, Boris Pasternak, Osip Mandelştam kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

Вдохновенье моё - Государственный Центр Перевода Азербайджана (45parallel.net)