“Rus şeiri antologiyası” “Açıq kitab” da
30 Sentyabr 2021

“Rus şeiri antologiyası” “Açıq kitab” onlayn kitabxanasına yüklənildi.

 Antologiyada Rusiya poeziyasının görkəmli nümayəndələri – Aleksandr Blok, Velimir Xlebnikov, Nikolay Qumilyov, Anna Axmatova, Marina Svetayeva, Osip Mandelştam, Sergey Yesenin, Arseni Tarkovski və başqalarının ədəbi nümunələri təqdim olunub.

 Kitabxana izləyiciləri saytın “Antologiyalar”  rəfinə daxil ola və əsərdən ödənişsiz yararlana bilərlər.

Diqqət:

“Açıq kitab” kitabxanaya yüklənilən əsərlərin redaktə və korrektə qüsurlarına görə məsuliyyət daşımır.