Dövlət Tərcümə Mərkəzi “DƏF(İ)NƏ YARPAĞI MÜSABİQƏSİ”nin növbəti turunu elan etdi
29 Sentyabr 2021

 

 

“DƏF(İ)NƏ YARPAĞI MÜSABİQƏSİ”

 

Müsabiqənin şərtləri

  * Müsabiqəyə 2020–2021-ci il orijinaldan Azərbaycan dilinə tərcümə edilmiş kiçik həcmli nəsr və poeziya nümunələri qəbul edilir:

nəsr əsərləri – 20.000 işarəyə qədər;  

    poeziya nümunələri – 100 misra;

    * hər nominasiya üzrə mükafatın bir müəllifə və bir əsərə təqdim edilməsi nəzərdə tutulur;

* bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər;

* müsabiqədə iştirak edən namizədlərə yaş məhdudiyyəti yoxdur;

* əsərlər oktyabrın 1-dən, dekabrın 20-sinə qədər qəbul edilir;

* müsabiqə qaliblərinin adlarının 2022-ci il martın 5-də keçiriləcək mükafatlandırma mərasimində elan olunacağı nəzərdə tutulur. 

 

Müsabiqənin gedişatı

* Müsabiqəyə təqdim edilən əsərlər ilkin mərhələdə müəllifin adı gizli saxlanılmaqla, nömrələnmiş qaydada Ekspert Şurasına təqdim olunur. İkinci mərhələyə – 20-liyə çıxan əsərlər Mükafat Komissiyasının müzakirəsinə verilir;

* əsərlərin dəyərləndirilməsi 5 – 10 bal sistemi üzrə həyata keçirilir;

* Ekspert Şurası və Mükafat Komissiyası üzvlərinin adları mükafatlandırma mərasiminə qədər gizli saxlanılır;

*  qaliblər diplom, döş nişanı və pul mükafatı ilə təltif olunur.

 

Müsabiqənin mükafat fondu

Nəsr üzrə

I yer – 2000 (iki min) manat

II yer ­ – 1000 (min) manat

III yer – 500 (beş yüz) manat

Həvəsləndirici mükafat – 300 (üç yüz) manat.

 

Poeziya üzrə

I yer – 2000 (iki min) manat

II yer ­ – 1000 (min) manat

III yer – 500 (beş yüz) manat

Həvəsləndirici mükafat – 300 (üç yüz) manat.

 

Əsərlərin göndərilmə qaydası

*  əsərlər,  müəllifin digər tərcümə nümunələrinin siyahısı və nəşr mənbəyi bildirməklə, elektron poçtu vasitəsi ilə, yaxud kağız

      formatında 5 nüsxədə təqdim edilməlidir;

*  əsərin Azərbaycan dilinə hansı dildən tərcümə edildiyi qeyd olunmalıdır;

*  müsabiqə şərtlərinə əməl olunmadan təqdim edilən əsərlər geri qaytarılır.

 

Əlavə sənədlər

*  şəxsiyyət vəsiqəsinin surəti; 

*  müsabiqə iştirakçısının əlaqə nömrəsi.

 

Ünvan: Bakı şəhəri, Ə.Topçubaşov küçəsi 74

Email:   musabiqe@aztc.gov.az

Telefon: (012) 595 10 69

Mob: (055) 988 89 30 (votsap)