Nizami Gəncəvi yaradıcılığı Gürcüstan ədəbiyyat portalında
31 Avqust 2021

Gürcüstanın populyar “İverioni” ədəbiyyat portalı Azərbaycanda elan olunmuş “Nizami Gəncəvi İli” ilə əlaqədar gürcü dilində Tbilisidə işıq üzü görmüş “Leyli və Məcnun” kitabı haqqında məlumata və əsərə yazılmış Ön sözə səhifə ayırıb.

   Gürcüstanın zəngin ənənəli “İverioni” nəşriyyatında işıq üzü görmüş kitabı orijinaldan gürcü dilinə, görkəmli gürcü şərqşünası, professor Maqali Todua tərcümə edib. Ön sözün müəllifi professor Xəlil Yusiflidir.  

http://iverioni.com.ge/16894-ras-ghaghadebs