“Leyli və Məcnun” Ukrayna kitabxanalarında
09 Avqust 2021

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi münasibətilə Ukraynada nəşr olunmuş “Leyli və Məcnun” kitabı ölkənin aşağıdakı kitabxanalarına yerləşdirildi:

 

Ukrayna Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinin nəzdində Ukrayna Kitab İnstitutu Kitabxanası;

Ukrayna Milli Ədəbiyyat Muzeyinin Kitabxanası;

Ukrayna Milli Yazıçılar Birliyinin Kitabxanası;

Ukrayna Milli Elmlər Akademiyasının Ukrain Dili İnstitutunun Kitabxanası;

Ukrayna Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Kitabxanası;

Ukrayna Milli Elmlər Akademiyasının V.İ.Vernadski adına Kitabxanası;

Ukrayna Milli Parlamentinin Kitabxanası;

T.Şevçenko adına Kiyev Milli Universitetinin Elmi Kitabxanası;

Kiyev Milli Linqvistika Universitetinin Kitabxanası;

Ukrayna Mədəniyyət və İncəsənət Milli Akademiyasının Kitabxanası;

Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetinin Kitabxanası;

V.İ.Vernadski adına Tavriçeski Milli Universitetinin Kitabxanası;

Lesya Ukrainka adına Kiyev Mərkəzi Kitabxanası;

A.S.Puşkin adına  Kiyev Mərkəzi Kitabxanası;

N.V.Qoqol adına Kiyev Mərkəzi Kitabxanası;

O.Oljiç adına Universal Elmlər Kitabxanası;

V.Karazin adına Xarkov Milli Universitetinin Kitabxanası;

V.Zemlyak adına Jitomir Mərkəzi Şəhər Kitabxanası;

Jitomir Ədəbiyyat Muzeyinin Kitabxanası.