Vaqif Bayatlı Odərin yaradıcılığı Gürcüstan ədəbiyyat portalında
15 İyul 2021

Gürcüstanın populyar “Axali saunce” (“Yeni xəzinə”) ədəbiyyat por­talı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsin­də tanınmış Azərbaycan şairi Vaqif Bayatlı Odərin gürcü dilinə tərcümə olun­muş “Dünya söndükcə, sən görünürsən, ilahi” şeirinə və şairin yaradıcılığı haqqında məlumata səhifə ayırıb.

     Şeirin tərcümə müəllifi – şair-tərcüməçi İmir Məmmədlidir.

 Qeyd edək ki, Gürcüstan Mədəniyyət Nazirliyi tərəfindən maliyyələşdirilən portal, əsasən dünya ədəbiyyatının yayını üzrə fəaliyyət göstərir. Oxucular portal vasitəsilə  Çarlz Dikkens, Vladimir Mayakovski, Velimir Xlebnikov, Harold PinterRolan BartOlqa Tokarçuk, İtalo Kalvino kimi dünya ədiblərinin əsərlərinin elektron versiyası ilə tanış olurlar.

https://newsaunje.ge/index.php?do=full&id=471