Abdulla Şaiqin əsərləri “Açıq kitab” da
24 İyun 2021

Görkəmli Azərbaycan şairi, naşir, dramaturq, tərcüməçi Abdulla Şaiqin romanları, povestləri, hekayələri, pyesləri, şeirləri, qəzəlləri, təmsillərinin toplandığı üçcildlik “Seçilmiş əsərləri” kitabı “Açıq kitab” onlayn kitabxanasına yüklənildi.

 

Kitabxana izləyiciləri saytın “ Azərbaycan ədəbiyyatı” bölümünün “Müasir ədəbiyyat” rəfinə daxil ola və əsərlərdən ödənişsiz yararlana bilərlər.

 

Diqqət:

“Açıq kitab” kitabxanaya yüklənilən əsərlərin redaktə və korrektə qüsurlarına görə məsuliyyət daşımır.