Nizami Gəncəvi yaradıcılığı Ukrayna radiosunda
21 İyun 2021

Ukrayna Milli Televiziya və Radio Şirkətinin “Kultura” radiosu dahi Azərbaycan şairi Nizami Gəncəvinin bu yaxınlarda ukrain dilində Ukraynada nəşr olunmuş “Leyli və Məcnun” kitabı (ADTM) haqqında veriliş yayınlayıb.

   Verilişdə şairin şəxsiyyəti və yaradıcılığı, ukrain dilinə tərcümə olunmuş “Leyli və Məcnun” poeması haqqında geniş məlumat verilib, Ukrayna mütəxəssislərinin Nizami yaradıcılığı ilə bağlı araşdırmalarından, məşhur ukraynalı şərqşünas-alim Aqafangel Krımskinin “Nizami və onun müasirləri” adlı monoqrafiyasından söz açılıb.

 

http://ukr.radio/schedule/play-archive.html?periodItemID=2844889