Çilinin müvəqqəti işlər vəkili Dövlət Tərcümə Mərkəzində
31 May 2021

    Çili Respublikasının Azərbaycanda müvəqqəti işlər vəkili cənab Fidel Luis Koloma Qrimberg Dövlət Tərcümə Mərkəzində olub.

    Görüş zamanı Mərkəz tərəfindən müxtəlif illərdə Azərbaycan dilində ərsəyə gətirilmiş Çili ədəbiyyatı nümunələri ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan–Çili ədəbiyyatlararası əlaqələrin genişləndirilməsi istiqamətində atılacaq növbəti addımlar müzakirə edilib.