Nəcib Məhfuzun əsərləri “Açıq kitab” da
25 May 2021

XX əsr Misir ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, tərcüməçi Nəcib Məhfuzun “Məhəlləmizin hekayətləri”, “Fivin mübarizəsi”, “Liderin qətl günü”, “Möhtərəm cənab” romanları “Açıq kitab” onlayn kitabxanasına yüklənildi.

 

Kitabxana izləyiciləri saytın “Dünya ədəbiyyatı” bölümünün “Şərq ölkələri ədəbiyyatı” rəfinə daxil ola və əsərlərdən ödənişsiz yararlana bilərlər.

 

Diqqət:

“Açıq kitab” kitabxanaya yüklənilən əsərlərin redaktə və korrektə qüsurlarına görə məsuliyyət daşımır.