Macarıstanın səfiri Tərcümə Mərkəzində olub
18 May 2021

 Mayın 18-də Macarıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Viktor Szederkenyi Dövlət Tərcümə Mərkəzində olub.

     Görüş zamanı Mərkəz tərəfindən müxtəlif illərdə Azərbaycan dilində ərsəyə gətirilmiş macar ədəbiyyatı nümunələri ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan–Macarıstan ədəbiyyatlararası əlaqələrin genişləndirilməsi istiqamətində atılacaq növbəti addımlar müzakirə edilib.