Sertifikatlar sahiblərinə təqdim olundu
01 May 2021

Dil və tərcümə sahəsinin təkmilləşdirilməsi, peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi istiqamətində Dövlət Tərcümə Mərkəzi tərəfindən təşkil olunan növbəti Seçim Turları başa çatıb. Turlarda ictimai-siyasi, hüquq və media sahələri üzrə uğurlar əldə etmiş tərcümə mütəxəssisləri Mərkəzin sertifikatları ilə təltif edilib.

    Təqdimat mərasimində Mərkəzin Aparat rəhbəri Əli  Atakişiyev çıxış edərək, turların başlıca məqsədinin ölkədə dil və tərcümə sahəsinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin aşkarlanması olduğunu, ərsəyə gətirilən işin müvafiq sahənin dirçəldilməsinə tədricən öz töhfəsini verdiyini bildirib. Ə.Atakişiyev imtahan mərhələlərindən uğurla keçmiş və sertifikatlara sahib olmuş mütəxəssislərə dair informasiyaların Mərkəzin məlumat bazasına yerləşdiriləcəyini də qeyd edib.

 Turlarda Dövlət Tərcümə Mərkəzinin sertifikatlarını qazanmış mütəxəssislər

 

 

Mənsur Aslan oğlu Zeynalov – (ingilis–Azərbaycan) humanitar sahələr üzrə;

 

Ceyhun Sərdar oğlu Əliyev – (ingilis–Azərbaycan–rus) ictimai-siyasi, iqtisadiyyat sahələri üzrə;

 

Emin Ramiz oğlu Şirinov – (rus–Azərbaycan–rus) ictimai-siyasi sahələr üzrə;

 

Sevil Vaqif qızı Həsənova – (ukrain–rus) hüquq sahəsi üzrə;

Şəbnəm Bəxtiyar qızı Əsədova – (Azərbaycan–çex) ictimai-siyasi, hümanitar sahələr üzrə.