Seyid Əbülqasim Nəbatinin əsərləri “Açıq kitab” da
22 Aprel 2021

XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əsərlərini həm klassik poeziya, həm də aşıq şeiri üslubunda qələmə almış şair Seyid Əbülqasim Nəbatinin qəzəlləri, qəsidələri, çarpaları, gəraylıları, təcnislərifarsca şeirləri “Açıq kitab” onlayn kitabxanasına yüklənildi.

Kitabxana izləyiciləri saytın “Azərbaycan ədəbiyyatı” bölümünün “Klassik ədəbiyyat” rəfinə daxil ola və əsərlərdən ödənişsiz yararlana bilərlər.

 

Diqqət:

“Açıq kitab” kitabxanaya yüklənilən əsərlərin redaktə və korrektə qüsurlarına görə məsuliyyət daşımır.