Aşıq Ələsgər yaradıcılığı Belarus ədəbiyyat portalında
19 Aprel 2021

   Belarusun “Sozvuçie” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində bu il 200 yaşı tamam olan böyük Azərbaycan şairi və aşığı Aşıq Ələsgərin rus dilinə tərcümə edilmiş şeirlərinə və yaradıcılığı haqqında məlumata geniş yer ayırıb. Şeirlər klassik Azərbaycan poeziyasının təbliği üçün xüsusi olaraq yaradılmış “Xalq müdrikliyinin aynası” bölməsində təqdim olunub.

       Şeirlərin rus dilinə tərcümə müəllifi Vladimir Qafarovdur.

http://sozvuchie.by/

poeziya/zerkalo- narodnoj