Frans Kafkanın ikicildlik “Seçilmiş əsərləri” nəşr olundu
12 Aprel 2021

150 cildlik “Dünya ədəbiyyatı inciləri” seriyasının ilk nəşri – dahi  Avstriya yazıçısı, əsərləri ilə XX əsr dünya ədəbiyyatında yeni mərhələ yaratmış Frans Kafkanın ikicildlik “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb. “Hekayələr”, “Pritçalar”, “Gündəliklər”, “Xatirələr” Romanlar” kimi fəsillərdən ibarət kitaba yazıçının orijinaldan tərcümə edilmiş “Hökm”“Çevrilmə”“Yuva”“Bir savaşın təsviri”, “Ocaqçı”“Bədbəxtlik”“Cəza koloniyası”,  “Balaca qadın”, “Kənd həkimi”“Müğənni Jozefina” kimi məşhur hekayələri, “Körpü”“Çalağan”“Yuxu”“İmtahan”“Qaçış”“Qonşu”“Gecə”“Poseydon” və digər pritçaları, “Məhkəmə”“Qəsr” romanları, gündəlik və müsahibələri daxil edilib.

 

       Əsərləri alman dilindən  tanınmış tərcüməçilər – Vilayət HacıyevÇərkəz Qurbanlı,  Yusif Savalan və digərləri tərcümə edib.

       Kitabın tərtibçisi – Mahir N.Qarayevdir.

 

Frans Kafka

(1883­–1924­­)

  • yəhudi əsilli Avstriya yazıçısı;
  • 1883-cü il iyulun 3-də Praqada tacir ailəsində anadan olub;
  • 1906-cı ildə Praqa Universitetinin hüquq fakültəsini bitirib və hüquq elmləri sahəsində dissertasiya müdafiə edib;
  • əksər əsərləri ölümündən sonra nəşr olunub;
  • “Məhkəmə”, “Qəsr”, “Amerika” romanlarının, “Çevrilmə”, “Hökm”, “Cəza koloniyasında”, “Bədbəxtlik”, “Çalağan”, “Körpü” kimi məşhur hekayə və pritçaların müəllifidir;
  • əsərləri XX əsr dünya ədəbiyyatına, fəlsəfəsinə, ədəbi tənqidinə böyük təsir göstərib;
  • uzun sürən ağır xəstəlikdən sonra 1924-cü il iyunun 3-də vəfat edib;
  • Praqada yəhudi qəbiristanlığında dəfn olunub.

 

 

  Kitabı yaxın günlərdə aşağıdakı mağazalardan əldə etmək olar:

 

“Libraf”

“Kitabevim.az”

 “Akademkitab”

“Akademiya” kitab evi

“Azərkitab”

Prezident Aparatının Kitab Evi

Azərbaycan Dillər Universitetinin satış köşkü

“Pero” kitab mağazası

“Oxumalı” kitab evi

“Lider” kitab evi