"Latın Amerikası romanı"
Oxu

“Tərcümə Mərkəzinin Kitabları” seriyasından olan nəşr  – “Latın Amerikası romanı” kitabına Xuan Karlos Onettinin (1909-1994, Uruqvay) “Girdab”, Ernesto Sabatonun (1911-2011, Argentina) “Tunel”, Qabriel Qarsia Markesin (1928-2014, Kolumbiya) “Mənim küskün gözəlçələrim”, Mario Varqas Lyosanın  (1936, Peru) “Küçüklər” romanı daxil edilib.

Ayrı-ayrı ölkələri təmsil edən, hər biri özünəməxsusluğu ilə seçilən bu yazıçılar ayrı-ayrı üslublarda yazıb-yaratsalar da eyni bir məqamı – gerçəkliklə xəyal arasında sərhədlərin itdiyi yeni insan nəslinin tarixini qələmə alıblar.

Kitabın tərcüməçisi istedadlı nasir, tərcüməçi Saday Budaqlıdır.